İki piyada yol qəzasında ölüb

İki piyada yol qəzasında ölüb
  13 Avqust 2018    Oxunub:2354
Avqustun 11-də saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Murtuzəli Güləliyevi vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anoloji hadisə Gəncə şəhərində qeydə alınıb. Belə ki, avqustun 11-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Əfqan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Sahilə Baxşıyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.


AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti