Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  13 Avqust 2018    Oxunub:1717
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, avqustun 11-də saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Murtuzəli Güləliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti