Bakıda qəza ölümlə nəticələndi

Bakıda qəza ölümlə nəticələndi
  14 Avqust 2018    Oxunub:1547
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti