Yolun kənarında dayanan 3 nəfəri maşın vurub

Yolun kənarında dayanan 3 nəfəri maşın vurub
  16 Avqust 2018    Oxunub:1467
Avqustun 16-da saat 02 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib. Xətai RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az




Teqlər: DİN   Qəza  





Xəbər lenti