Silsilə oğurluqlar edən 3 nəfər saxlanılıb

Silsilə oğurluqlar edən 3 nəfər saxlanılıb
  04 Sentyabr 2018    Oxunub:4117
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunan Tural Məhərrəmov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, ətraflarında keçirilən tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti