Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi
  05 Sentyabr 2018    Oxunub:3993
Çaylarda suyun səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə 5, Şirvanda 6 sm artım qeydə alınıb, lakin Salyan və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2017-ci il sentyabrın 03-də 331 sm), Şirvanda 179 sm (2017-ci il sentyabrın 03-də 205 sm), Salyanda 103 sm (2017-ci il sentyabrın 03-də 144 sm), Bankədə 177 sm (2017-ci il sentyabrın 03-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il sentyabrın 03-də 50 sm) təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti