7 gün əvvəl itən şəxsin meyiti tapılıb - Yenilənib

**
Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib. FHN-dən AzVision.az-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.
AzVision.az
Teqlər: FHN