Ekologiyanı pozanlar 64min manat cərimələnib

Ümumilikdə, 53 iş üzrə 64 min 450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 37538,25 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 234 iş üzrə 28942,93 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına və icra qurumlarına 23, məhkəmələrə üç iş göndərilib.
AzVision.az