Lənkəran sakini kürəkənini bıçaqlayıb

Lənkəran sakini kürəkənini bıçaqlayıb
  07 Sentyabr 2018    Oxunub:4021
Lənkəranda gənc qayınatası tərəfindən bıçaqlanıb.
Hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq, Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boyunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Lənkəran   Bıçaqlanma  





Xəbər lenti