Hacıqabul sakinindən silah-sursat götürülüb

Hacıqabul sakinindən silah-sursat götürülüb
  07 Sentyabr 2018    Oxunub:3433
Hacıqabulda silah-sursat aşkar edilib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Meyniman kənd sakini Oqtay Bağırovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 13 ədəd patron götürülüb.

AzVision.az


Teqlər: DİN   Hacıqabul   Silah  





Xəbər lenti