Sabirabadda maşın piyadanı vurub öldürdü

Sabirabadda maşın piyadanı vurub öldürdü
  08 Sentyabr 2018    Oxunub:2882
Sabirabad rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, sentyabrın 8-nə keçən gecə Sabirabad rayonunun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Piyada  





Xəbər lenti