Bu günün hava proqnozu

Abşeron çimərliklərində gözləilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti təşkil edəcək.
AzVision.az