Mingəçevirdə gəlin maşını qəzaya düşdü - Yaralılar var (Yenilənib)

Nəticədə adları hələ ki dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.
Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub. Onlardan biri "Mercedes"in sürücüsü və eyni zmaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.
Hadisə vaxtı gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.
AzVision.az