Ötən ay nazirliyə 11 075 müraciət daxil olub
Vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə sorğuların cavablandırılması, digər müraciətlərdə əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə vətəndaşlara məlumatlar verilməsi təmin edilib.
Ümumilikdə isə cari ilin 8 ayı ərzində “142 Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı 108,9 minə yaxın olub.
“142 Çağrı Mərkəzi” vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə də imkan verir.
AzVision.az