Həyətində narkotik əkən şəxslər saxlanılıb

Həyətində narkotik əkən şəxslər saxlanılıb
  12 Sentyabr 2018    Oxunub:2460
Növbətçi Hissələri İdarəetmə Xidməti və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ələddin Bağırovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Salyan RPŞ və Mühafizə Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bəşirbəyli kənd sakini, əvvəllər məhkum olunmuş Mirzə Babayevin həyətyanı sahəsindən 5 ədəd çətənə kolu və 435 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Narkotik   Çətənə   DİN  





Xəbər lenti