Meşədə çətənə yetişdirən şəxs saxlanılıb

Meşədə çətənə yetişdirən şəxs saxlanılıb
  12 Sentyabr 2018    Oxunub:3636
Daxil olmuş məlumat əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Qax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti