“Azərişıq”ın əməkdaşı faciəli şəkildə ölüb

  12 Sentyabr 2018    Oxunub : 2224
“Azərişıq”ın əməkdaşı faciəli şəkildə ölüb
Bakıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. “Azərişıq” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub. Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

AzVision.az

Teqlər: Azərişıq