44 yaşlı kişi evdə yanaraq ölüb - Ağsuda faciə

44 yaşlı kişi evdə yanaraq ölüb - Ağsuda faciə
  13 Sentyabr 2018    Oxunub:3378
Ağsu rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti