Kürdəmirdə ər arvadını güllələyib

Kürdəmirdə ər arvadını güllələyib
  14 Sentyabr 2018    Oxunub:3471
Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən - əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti