Dağda ölən şəxsin meyiti helikopterlə götürülüb

Dağda ölən şəxsin meyiti helikopterlə götürülüb
  15 Sentyabr 2018    Oxunub:3090
Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Qax rayonunun İlusu kəndi yaxınlığında mürrəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

R.Əsgərovun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin "Mi-17" helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.​

AzVision.az


Teqlər: FHN   Qax   Meyit  





Xəbər lenti