Masallıda 3 otaqlı evdə yanğın olub

Masallıda 3 otaqlı evdə yanğın olub
  16 Sentyabr 2018    Oxunub:2430
Masallıda yanğın baş verib.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının taxtadan ibarət pəncərə çərçivəsi 5 m² sahədə, aynabəndinin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti