Dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib
  16 Sentyabr 2018    Oxunub:3154
Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, N.Bağırzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***
Xəzər dənizində 1 nəfər batıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti