Lənkəranda axundun qardaşı bıçaqlandı

Lənkəranda axundun qardaşı bıçaqlandı
  17 Sentyabr 2018    Oxunub:2849
Bu gün axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.
AzVision.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.

Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Lənkəran   Cİnayət   Axund  





Xəbər lenti