Sərxoş kişi özünü yaraladı, günahı manyakın üstünə atdı - VİDEO

Saxlanılan Aftandil Gözəlov sərxoş olduğunu nə etdiyini xatırlamadığını bildirib. Məlum olub ki,Aftandil yerdən tapdığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq özünə xəsarət yetirib.
Rayon polis şöbəsindən verilən məlumata görə DİN-nin "102" zəng mərkəzi sisteminəmüxtəlif vətəndaşlar tərəfindən naməlum şəxs və ya şəxslər tərəfindən həyətyanı sahələrə, yaşayış evlərinə və binalarına daş atılması, narahatçılıq yaratmaqla sakinlərin dincliyinin pozulması məzmununda məlumatlar daxil olub. Araşdırma zamanı məlumatlar həqiqəti əks etdirmədiyindən bir neçə rayon sakini barəsində tədbirlər görülüb. (Xəzər TV)
AzVision.az