Ağsuda “VAZ” “Toyota” ilə toqquşub - Ölən var

Ağsuda “VAZ” “Toyota” ilə toqquşub - Ölən var
  17 Sentyabr 2018    Oxunub:3925
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağsu rayonunun Daşdəmirbəyli kəndində “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və sərnişin, 1960-cı il təvəllüdlü Məmmədov Əlifağa Qardaşalı oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti