Nazirlik aztəminatlı ailəyə yardım edib

Nazirlik aztəminatlı ailəyə yardım edib
  17 Sentyabr 2018    Oxunub:1943
Masallı rayon, Qızılağac kənd sakini Elnurə Əsgərovanın həyat şəraiti ilə bağlı bəzi mətbuat orqanlarında yayımlanan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, ailənin ünvanlı dövlət sosial yardımı alması üçün mövcud qanunvericilik izah olunub, həmçinin ünvanlı yardım üçün ərizənin elektron sistem vasitəsilə təqdim edilməsinə köməklik ediləcəyi də bildirilib.



Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan çanta və gündəlik məktəb ləvazimatlarından ibarət hədiyyə dəsti Elnurə Əsgərovanın övladlarına təqdim edilib. Bundan başqa ailəyə ərzaq yardımı köməkliyi göstərilib.



AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti