Bakıda ilk dərs günü işə gedən müəllim yolda ölüb

Məktəbin direktoru Sevinc Budaqova AzVision.az-a bildirib ki, ingilis dili müəllimi Nairə Məmməd qızı Məmmədova bu gün səhər saatlarında ömrünün 45-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, N.Məmmədova Azərbaycan Dövlət Dillər Universitetini bitirib. 1994-cü ildən İngilis dili müəllimi kimi 46 nömrəli məktəbdə fəaliyyətə başlayıb.
Aytən Zəhra
AzVision.az