Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə 3 otaqlı ev yanıb
  18 Sentyabr 2018    Oxunub:3076
Şəmkir rayonunda yanğın qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Düyərli kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və çardağına yığılmış taxta tullantıları 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti