Quldurluq edən şəxslər saxlanılıb

Quldurluq edən şəxslər saxlanılıb
  18 Sentyabr 2018    Oxunub:2483
Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Sabirabad   DİN   Quldurluq  





Xəbər lenti