Bakıda taksi sürücüsü qarət olunub

Bakıda taksi sürücüsü qarət olunub
  19 Sentyabr 2018    Oxunub:2899
Sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki,


Teqlər: Bakı   Oğurluq   DİN  





Xəbər lenti