Sabah bəzi rayonlarda leysan olacaq

Sabah bəzi rayonlarda leysan olacaq
  19 Sentyabr 2018    Oxunub:3531
Ölkə ərazisində sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti