26 baş qoyuna görə azadlığını itirdi

26 baş qoyuna görə azadlığını itirdi
  19 Sentyabr 2018    Oxunub:2535
Xızıda qoyun oğurlayan şəxs tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də rayon sakini İlkin Heybətovun yardımçı təsərrüfatından 26 baş qoyun oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb.

AzVision.az


Teqlər: Oğurluq   Qoyun  





Xəbər lenti