Ən təhlükəli infeksiyalar məlum oldu

Mütəxəssislərin fikrincə, vərəm planetdə ölümün əsas 7 səbəbindən biridir. Sonrakı yerdə SPİD xəstəliyi gəlir. Həkimlər ölkə rəhbərlərini bu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır.
2017-ci ilin statistikasına görə, Koxa çubuxu adlanan mikrob 10 milyon insana yoluxub. Yarım milyon insan isə bu mikrobdan ölüb.
Qeyd edək ki, son 18 ildə ÜST-ün mütəxəssisləri və dövlət başçılarının birgə səyləri nəticəsində 54 milyon insanın vərəmdən ölməsinin qarşısı alınıb. Hər il bu infeksiyaya yoluxanların sayı 2 faiz azalır.
Aytən Zəhra
AzVision.az
Teqlər: