Bu ərazidə rənglənmə işləri aparılır

Bu ərazidə rənglənmə işləri aparılır
  20 Sentyabr 2018    Oxunub:1970
Bakı şəhəri, Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Bu barədə AzVision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Agentlik   Yol  





Xəbər lenti