Sumqayıtda nənə və nəvəni maşın vurub
Belə ki, Sumqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.
AzVision.az