Beyləqanda 5 otaqlı ev yanıb

  20 Sentyabr 2018    Oxunub : 1181
Beyləqanda 5 otaqlı ev yanıb
Beyləqan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, yanğın rayonun Əlinəzərli kəndində ümumi sahəsi 130 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli beşotaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: FHN   Yanğın