Sarayda sex yanıb, yaralı var

Sarayda sex yanıb, yaralı var
  20 Sentyabr 2018    Oxunub:2787
Abşeron rayonunun Saray qəsəbəsində sex yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 600 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində həcmi 5 kub.m olan qırla dolu çəllək və 25 büküm ruberoid yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Saray  





Xəbər lenti