Köməksiz qalan azyaşlı xilas edilib

Köməksiz qalan azyaşlı xilas edilib
  20 Sentyabr 2018    Oxunub:1914
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını gərgin psixoloji vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti