Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı

  21 Sentyabr 2018    Oxunub : 1349
Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.

AzVision.az

Teqlər: ETSN   Ov