Neftçilər Xəstәxanasının baş direktoru istefa verib

Neftçilər Xəstәxanasının baş direktoru istefa verib
  22 Sentyabr 2018    Oxunub:1725
Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi bilinmir.

Qeyd edək ki, H.Həsənov cari ilin fevralında MNX-nın baş direktoru vəzifəsinə tәyin edilmişdi.

AzVision.az


Teqlər: Neftçilər-Xəstəxanası  





Xəbər lenti