Bakı sakinini bıçaqla hədələyən saxlanıldı

Bakı sakinini bıçaqla hədələyən saxlanıldı
  22 Sentyabr 2018    Oxunub:2822
Sentyabrın 21-də Nəsimi rayonunun R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələyib, habelə “Mercedes” markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Şahin Səmədov Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti