Sumqayıtda vurulan piyada xəstəxanada ölüb

Sumqayıtda vurulan piyada xəstəxanada ölüb
  22 Sentyabr 2018    Oxunub:2594
Sumqayıt şəhərinin Koroğlu prospektində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, sentyabrın 21-də saat 1 radələrində Sumqayıt şəhərinin Koroğlu prospektində şəhər sakini Daşqın Şahbazlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Aynaxanım Rəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti