Ağcabədidə 5 otaqlı ev yanıb

Ağcabədidə 5 otaqlı ev yanıb
  23 Sentyabr 2018    Oxunub:2132
Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 240 kvadratmetr olan beşotaqlı evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin iki otağının yanar konstruksiyaları 120 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti