"Azərsu": Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a bildirib ki, yağıntının çox olması ilə əlaqədar Bulvar ərazisində Sahil kollektoru iki istqamətdə dənizə açılıb.
A.Cəbrayıllı qeyd edib ki, bəzi ərazilərdə evləri, həyətyanı sahələri su basıb, tunellərdə su yığılıb.
"Rəşid Behbudov küçəsi istiqamətində binaların zirzəmilərində yerləşən obyektləri su basıb. Bakı Su Kanalar İdarəsi və rayon su kanal idarələrinin bütün əməkdaşları əraziyə cəlb olunub, problem yaranan ərazilərdə maksimum vəziyyətdən çıxmaq üçün işlər görürlər. Yağış artıq səngiyib. Dənizə çıxışı açandan sonra Neftçilər prospekti, "Azneft" dairəsi, "Sahil" metrosu yaxınlığında yaranan problemi həll etmişik. Digər ərazilərdə işlər davam edir".
Aytən Zəhra
AzVision.az