Şəmkirdə həyətyanı sahələri su basıb

  23 Sentyabr 2018    Oxunub : 2045
Şəmkirdə həyətyanı sahələri su basıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 23-də səhər saatlarında Şəmkir rayonunda leysan xarakterli intensiv yağışların yağması nəticəsində bəzi ərazilərə və həyətyanı sahələrə yağış suları dolub.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası çağırış olan ünvanlara cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

AzVision.az


Teqlər: FHN   Yağış