Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında hasarın uçması nəticəsində 6 avtomobil əzilib ki, onlardan 4-ü tamamilə yararsız vəziyyətə düşüb.

Yasamal rayonun digər bir ərazisində baş verən hasar uçqunu nəticəsində isə 3 avtomobilə ziyan dəyib.

Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə də daş hasar maşının üzərinə aşıb. Hadisə Alı Mustafayev küçəsində baş verib. Nəticədə "Priora" markalı avtomobilə ciddi ziyan dəyib.

Bundan başqa paytaxtın İzmir küçəsində hasar maşının üzərinə düşüb. Ümumilikdə ötən gün 10-dan çox avtomobil üzərinə hasar aşması nəticəsində yararsız vəziyyətə düşüb.

Anar Kəlbiyev
AzVision.az