Bakıda “Opel”, Abşeronda “Volkswagen” qaçırılıb

Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin “Volkswagen” markalı avtomobilinin qaçırılması barədə RPİ-yə məlumat daxil olub.
Polis əməkdaşlarının“isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az