Məmmədyarov ABŞ-da iki həmkarı ilə görüşüb

Məmmədyarov ABŞ-da iki həmkarı ilə görüşüb
  25 Sentyabr 2018    Oxunub:1644
BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias və Qana Respubikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edildi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Qana  





Xəbər lenti