Bakıda vurulan piyada xəstəxanada öldü

Bakıda vurulan piyada xəstəxanada öldü
  25 Sentyabr 2018    Oxunub:2666
Sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub və nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti