Qanunsuz ov edən şəxslər saxlanılıb

Qanunsuz ov edən şəxslər saxlanılıb
  25 Sentyabr 2018    Oxunub:2640
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan “Cifsan” və Çingiz Əliyevdən “TOZ-63” markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti